NRYTN əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər - FOTO

NRYTN əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər - FOTO
# 04 fevral 2021 17:39 (UTC +04:00)

Görkəmli alim Lütfi Zadənin doğum günündə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) əməkdaşları Fəxri Xiyabanda onun məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi, ABŞ-ın Berkli Universitetinin professoru, Soft Computing İnstitutunun direktoru olmuş dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasından 100 il ötür.

Dahi alimin zəngin elmi yaradıcılığı, süni intellekt, qeyri-səlis məntiq sahəsində elmi yenilikləri hələ uzun illər dünya elminin inkişafında mayak rolunu oynayacaq. Onun nəzəriyyələri hazırda nəqliyyat, aviasiya, energetika və hərbi sahədə, o cümlədən məişətdə geniş tətbiq olunur. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən bu nəzəriyyələr müasir idarəetmə və informasiya-kommunikasiya texnologiyalarının əsaslarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR