Nadir Zeynalov: "Payızda epidemiyanın güclənməsi qorxusu iqlim dəyişikliyi ilə əlaqədardır"

Nadir Zeynalov: "Payızda epidemiyanın güclənməsi qorxusu iqlim dəyişikliyi ilə əlaqədardır"
# 20 iyul 2020 18:24 (UTC +04:00)

“Fərqli ölkələrdə koronavirusun inkişafı müxtəlif gedir. Bəzilərində artıq ikinci dalğanı, bəzilərində də isə hələ birinci dalğanın davam etdiyini görürük”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

Onun sözlərinə görə, payız aylarında koronavirus epidemiyasının güclənməsi qorxusu daha çox onunla bağlıdır ki, həmin dövrdə hava, iqlim dəyişikliyi baş verir: “Adi banal soyuqdəymələr ortaya çıxır. Bundan başqa, ehtimal olunur ki, karantin tədbirləri payız ayları üçün müxtəlif ölkələrdə yavaş-yavaş yumşalacaq və insanlar daha çox sayda işə qayıdacaqlar. Çünki iqtisadi çətinliklər də göz qabağındadır”.

Payız aylarında ikinci dalğaya hazırlıqla bağlı N. Zeynalov qeyd edib ki, əslində indi dövlət səviyyəsində görülən işlər gələcəyə hazırlıqdır: “Hazırda ölkəmizdə epidemiyanı nə dərəcədə nəzarət altına ala biləriksə, bir o qədər payız ayları üçün və yaxud ondan sonra qış ayları üçün daha hazır vəziyyətə gələ bilərik. Həmçinin iş yerlərində sanitar-epidemioloji qaydalara riayət məsələsi çox vacibdir. Hamımız bilirik, dəfələrlə deyilib ki, əllərin gigiyenası, fiziki məsafənin qorunması, maskalardan istifadə və s. bu kimi qaydalara riayət etməklə o qədər epidemiyanın qarşısını ala bilməklə iş yerlərimizə qayıda bilərik. Əksinə riayət etməsək, epidemiyanın güclənməsi mümkündür. Ona görə burda həm dövlət tərəfindən görülən işlər, həm də bizim hamımızdan asılı olan səbəblər var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR