Naxçıvanda 39 talassemiyalı, 75 hemofiliyalı xəstə qeydiyyatdadır

Naxçıvanda 39 talassemiyalı, 75 hemofiliyalı xəstə qeydiyyatdadır
# 01 fevral 2021 11:03 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı prioritet istiqamətlərdən biridir. Yaradılmış təminat hesabına hazırda Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzi xəstəxanalarında 120 xəstə hemodializ seansı alır.

APA-nın Muxtar Respublikanın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, həyata keçirilən tədbirlər nəticəsində 10 000 nəfərdən artıq şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşıb.

Muxtar Respublikada 27 nəfər böyrək, 6 nəfər qaraciyər transplantasiyası olunan və 57 nəfər dağınıq skleroz xəstələri də hər cür dövlət qayğısı ilə əhatə olunub. Son illər qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Mərkəzi Qan Bankında qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçünlazımi imkanlar var. Görülən işlərin nəticəsi olaraq muxtar respublikada talassemiya və hemofiliyalı xəstələrin ömür müddəti xeyli uzadılıb.

Hazırda muxtar respublikada 39 talassemiyalı, 75 hemofiliyalı xəstə qeydiyyatda durur ki, onların qan komponentləri ilə bərabər dərman təminatı da daima yüksək səviyyədə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR