Naxçıvanda pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar təsdiqlənib

Naxçıvanda pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar təsdiqlənib
# 02 iyul 2020 11:25 (UTC +04:00)

“Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar” təsdiq edilib.

APA-nın məlumatına görə, bu qaydalara əsasən, uçuşdan əvvəl 48 saat ərzində koronavirus testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır.

Qaydalarda hava limanında tibbi yoxlamanın operativ təşkili üçün Naxçıvan Muxtar Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcıların pasport məlumatlarının və koronavirus müayinəsinə dair testin neqativ nəticələri göstərilməklə, reysdəki sərnişinlər barədə məlumatı (siyahını) yoxlamanı aparan quruma xüsusi qaydada əvvəlcədən ötürmələri və digər məsələlər öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR