Naxçıvanda şəhid ailələri və yaralananların ailələrinə Dəstək Fondunun saytı yaradılıb

Naxçıvanda şəhid ailələri və yaralananların ailələrinə Dəstək Fondunun saytı yaradılıb
# 22 dekabr 2020 13:41 (UTC +04:00)

Naxçıvanda şəhid ailələri və yaralananların ailələrinə Dəstək Fondunun saytı yaradılıb.

APA-nın xəbərinə görə, http://destekfondu.nmr.az domenində fəaliyyət göstərən sayta daxil olmaqla ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək mümkündür.

Saytın “Köçürmələr” bölümündə könüllü olaraq maliyyə vəsaiti şəklində yardımlar edən hüquqi və fiziki şəxslərin siyahısı və yardımın miqdarı yer alır.

Saytın “Müraciət” bölümündəki “Şəhid ailələri” və “Müharibədə yaralananlar” alt bölümlərinə daxil olub qeydiyyatdan keçməklə müraciət ünvanlamaq mümkündür.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 14-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Fərman imzalayıb. Fond və onun yeni saytı bu kateqoriyadan olan şəxslərin ailələrinə əlavə dəstək verilməsi məqsədilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR