Nazir: “Azərbaycanda koronavirusla mübarizədə ilk gündən qabaqlayıcı addımlar atılır”

Nazir: “Azərbaycanda koronavirusla mübarizədə ilk gündən qabaqlayıcı addımlar atılır”
# 21 may 2020 17:05 (UTC +04:00)

“Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ilk gündən effektiv yanaşma nümayiş olunur və qabaqlayıcı addımlar atılır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qətiyyətli addımları, dövlət orqanları qarşısında qoyduğu tələb və tapşırıqları, ictimaiyyətə müraciətləri sayəsində ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısı alınır: “Qəbul edilmiş bütün qərarlar və görülən tədbirlər əhalinin sağlamlığının qorunmasına və ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Ölkə rəhbərinin tapşırıqları və Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişləri ilə müxtəlif qurumlar tərəfindən əlaqəli şəkildə çevik həyata keçirilən tədbirlərin effektivliyi göz qabağındadır".

Nazir qeyd edib ki, qurumlararası koordinasiya təcrübəsi bir daha bunun necə vacib olduğunu göstərib: “İnanıram ki, postpandemiya dövründə də qurumlararası koordinasiyada əldə olunmuş müsbət tendensiya bundan sonra da davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR