Nazir: "Çalışırıq ki, məktəblərdə mərkəzləşmiş psixoloji xidmət quraq"

Nazir: "Çalışırıq ki, məktəblərdə mərkəzləşmiş psixoloji xidmət quraq"
  • Clock-gray 17:46
  • calendar-gray 18 Mart 2021

“Artıq məktəb psixoloqları tədrisdə olduqca vacib rola malik insanlardır. Məktəb psixoloqlarının sayı hazırda məktəb komplektlərindən sayından asılı olan ştat vahididir. Düşünürəm ki, Təhsil Nazirliyi olaraq bu istiqamətə daha çox diqqət ayırmalıyıq, bu istiqamətdə daha çox təşəbbüslərlə çıxış etməyi boynumuza götürürük”. 

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib. 

Onun sözlərinə görə, məktəblərdə çox keyfiyyətli psixoloji xidmət qurulmalıdır: “Bu o deməkdir ki, həqiqətən də peşəkar psixoloqlar olmalıdır, çünki məktəbdə psixoloji xidmət məsuliyyətli məsələdir. Bəzi ölkələrdə bu, lisenziyalarla tənzimlənir, kifayət qədər ağır tənzimlənən bir məsələdir. Bu mənada çalışırıq ki, daha keyfiyyətli mərkəzləşmiş psixoloji xidmət quraq. Yəni bir rayonda psixoloqlara metodik dəstəyin göstərilməsi, məktəb daxilində olan psixoloji mühitin ölçülməsi üçün alətlərin hazırlanması və s. həyata keçirməliyik”.

 

Günay Elşadqızı

Digər xəbərlər