Nazir: "Məktəblərdə internetin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müzakirələr gedir"

Nazir: "Məktəblərdə internetin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müzakirələr gedir"
# 22 yanvar 2021 13:33 (UTC +04:00)

"Məktəblərdə internetin vəziyyətinin, təhsil və internet arasında olan əlaqənin yaxşılaşması ilə bağlı hazırda müəyyən müzakirələr gedir və inanıram ki, ilin sonuna daha yaxşı vəziyyətdə olacağıq”.

APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, nazirlik müəllimlərin işə qəbul imtahanlarının yalnız Bakıda deyil, bölgələrdə keçirilməsi təcrübəsindən faydalanmaq istəyir: “Düşünürük ki, bu, yaxşı təcrübə idi. Hamını birlikdə Bakıya yığmaqdansa, müxtəlif bölgələrdə mərkəzlərin olması, imtahanların bu şəraitdə keçirilməsi yaxşıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR