Nazir: "Müəllimlərin işə qəbulu müsabiqəsində kiməsə güzəşt etmək düzgün olmaz"

Nazir: "Müəllimlərin işə qəbulu müsabiqəsində kiməsə güzəşt etmək düzgün olmaz"
# 27 avqust 2020 18:18 (UTC +04:00)

“Müəllimlərin işə qəbulu müsabiqəsində şərtləri dəyişib, kiməsə güzəşt etmək düzgün olmaz ”.

APA-nın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, hərbçi, dövlət qulluğunda işləyən ailələrlə bağlı müəllimlərə güzəştlər ola bilər : “Hazırda müəllimlərin işə qəbulu müsabiqəsi müəllimlərin işə qəbulu ilə bağlı ən düzgün qərardır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR