
Nazir: “Pensiya və müavinət sistemində islahatlar barədə təkliflər hazırlanıb”

-
15:22
-
25 Dekabr 2020
“Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 milyard 631,5 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
S. Babayev qeyd edib ki, saxta pensiya və müavinətlərin ləğvi nəticəsində 2020-ci il ərzində 250 milyon manat dövlət büdcəsi vəsaitinə qənaət edilib: “2018-ci ilə qədər dövlət büdcəsindən DSMF-ə transfert 38 faiz təşkil edirdisə, cari ildə bu göstərici 25 faizə düşüb”.
Nazir nəzərə çatdırıb ki, cari il ərzində pensiyaların 10 faizə qədər indeksasiya edilməsi planlaşdırılır: “Alıcılıq qabiliyyəti üzrə minimum və orta pensiya məbləği MDB məkanında ən yüksəkdir”.
S. Babayev deyib ki, nazirlik tərəfindən 30 arayış elektron qaydada verilir: “Pensiya və müavinət sistemində islahatlar barədə təkliflər də hazırlanıb, müzakirənizə təqdim ediləcək”.