Nazir: "Sertifikasiyanın keçirilməsi müəllimlərin peşəkarlığı baxımından çox vacibdir"

Nazir: "Sertifikasiyanın keçirilməsi müəllimlərin peşəkarlığı baxımından çox vacibdir"
# 18 mart 2021 16:33 (UTC +04:00)

Təhsilin keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsinə yönəlmiş sorğuda iştirak edən hər 3 nəfərdən biri müəllimlərin peşəkarlıq səviyyəsini əsas amil hesab edib.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, ən istedadlı, bacarıqlı insanların müəllimliyi seçməsinə çalışmaq lazımdır: “Bu mənada müəllimlərin əmək haqqı, iş şəraitinin yaxşılaşması vacib amillərdir. Müəllimləri köhnə modellərlə deyil, gələcəyə uyğun hazırlamalıyıq. Müəllimlərin işə qəbulu müsabiqəsi ilə şəffaflığı təmin edə bilmişik, hər il 50 mindən artıq şəxsin müəllimlik üçün müraciət etməsi müəllimlik ixtisasının nüfuzunun artması deməkdir. İxtisasartırma təlimlərinin keçirilməsi də olduqca vacibdir. Müəllimlərə dəstək mexanizmi də çox önəmlidir, pandemiya dövrü müəllimlik peşəsinin nə qədər çətin olduğunu valideynlərə də göstərdi. Sertifikasiyanın keçirilməsi müəllimlərin peşəkarlığı baxımından çox vacib olacaq, pandemiyaya görə bu proses təxirə salınsa da, düşünürəm ki, müəyyən ardıcıllıqla bu işi görə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR