Nazir: "Summativ qiymətləndirmələrin sayı 288-dən 188-dək azaldılıb"

Nazir: "Summativ qiymətləndirmələrin sayı 288-dən 188-dək azaldılıb"
  • Clock-gray 16:42
  • calendar-gray 27 Yanvar 2020

“2019-cu ildə 256 elektron dərslik əlavə materiallarla zənginləşdirilib. İl ərzində həmin dərsliklərdən istifadə əmsalı, baxış sayı 21 milyondan artıq olub”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir deyib ki, 2020-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək.

Ehtiyat dərsliklər barədə məlumat verən nazir deyib ki, son 2 il ərzində yeni formatda hazırlanan bu dərsliklər ən azı 1 il 100 məktəbdə istifadə edilməlidir:  “Əgər bu dərsliklər özünü doğruldarsa, artıq bütün ölkə ərazisində geniş şəkildə istifadə olunacaq”. Nazir deyib ki, bu kitablar ilk olaraq I sinif şagirdləri üçün hazırlanıb. Bu kitabların bəziləri artıq 1 il, bəziləri isə 2 ildir sınaqdan keçirilir. Həmin sınaq dövrü ərzində həm şagirdlərdən, həm müəllimlərdən daxil olan rəylər nəzərə alınır və dərsliklər təkmilləşdirilir.

C. Bayramov bildirib ki, 2020-ci ilin sentyabrından etibarən bu sistemdən keçən Azərbaycan dili, Riyaziyyat, xarici mütəxəssislər tərəfindən hazırlanan və Azərbaycan üçün adaptasiya edilən İngilis dili dərsliyinin ilk dəfə olaraq məktəblərdə tətbiqi nəzərdə tutulur. Yeni modeldə hazırlanan bu dərsliklər ilk olaraq I siniflər üçün hazırlansa da, növbəti illərdə digər ibtidai siniflər üçün də hazırlanacaq. Bu kitablar geniş vahid kitab formasında deyil, iki hissədən ibarət olacaq. Bu da onların daha az həcmli və yüngül olmasına şərait yaradacaq.

Nazir həmçinin məktəbdaxili qiymətləndirmə (böyük-kiçik summativ) barədə də danışaraq qeyd edib ki, 2019-cu ildə bu qiymətləndirmələrin sayı 288-dən 188-dək azaldılıb: “Təbii ki, bu azalmalar olan zaman mütəxəssislər rəylər veriblər. Əsas məqsəd budur ki, hər hansı dəyişiklik ediləndə bu, şagirdlərin nailiyyətlərinə mənfi təsir etməsin”.

 

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date