Nazir: "Təhsil müəssisələrinin fəaliyyətini təmin etmək üçün peyvənd olunma zəruridir"

Nazir: "Təhsil müəssisələrinin fəaliyyətini təmin etmək üçün peyvənd olunma zəruridir"
# 05 mart 2021 12:05 (UTC +04:00)

"Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib. Onun sözlərinə görə, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR