Nazir: “Təklif olunur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən bərpa edilsin”

Nazir: “Təklif olunur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən bərpa edilsin”
# 27 avqust 2020 17:13 (UTC +04:00)

“Bağçalar və məktəbəqədər təhsil işləyən anaların işinə təsir edən amildir”.

APA-nın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayevin sözlərinə görə, təklif odur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən başlayaraq bərpa edilsin: “Uşaq bağçaları ən mürəkkəb təhsil pilləsidir, çünki orada təhsillə əlaqədar qayğıdan da danışırıq. Qayğını onlayn və distant şəkildə göstərmək isə mümkünsüzdür. Bu, o cümlədən məktəbəqədər təhsil sahəsində işləyən şəxslərin iş şəraitinə də təsir göstərən amildir. Sentyabrın 15-dən başlayaraq epidemioloji vəziyyət imkan versə, bağçaların fəaliyyətinə start verilməsi təklif edilib. Vəziyyət pisləşməsə, uşaq bağçalarının ilk növbədə virusun yayılması daha az olan yerlərdən başlamaqla mövcud vəziyyət nəzərə alınmaqla və qaydalara əməl edilməklə oktyabrın 1-nə qədər tədricən açılmasını təklif edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR