Nazir birinci kurs tələbələrinə qeydiyyatdan keçməklə bağlı müraciət edib

Nazir birinci kurs tələbələrinə qeydiyyatdan keçməklə bağlı müraciət edib
# 30 oktyabr 2020 11:52 (UTC +04:00)

"Təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün ötən il sosial həssas qrupdan olan 15 min tələbə müəyyənləşib”.

APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir bildirib ki, bu il də yuxarı kurs tələbələrinin müraciətinə təkrar baxılıb və qiymətləndirilib.

“Yeganə xahişimiz birinci kurs tələbələrinin qeydiyyatdan keçmələri ilə bağlıdır ki, bununla da onların sosial qrupa aid olub-olmadığını müəyyənləşdirmək mümkün olacaq”, - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR