Nazir müavini: "Azərbaycanda COVID-19-a yoluxanların vaksinasiyası məsələsinə hələ ki baxılmır"

Nazir müavini: "Azərbaycanda COVID-19-a yoluxanların vaksinasiyası məsələsinə hələ ki baxılmır"
# 11 mart 2021 11:32 (UTC +04:00)

"Azərbaycanda hələ ki, COVID-19-a yoluxanların vaksinasiyası nəzərdə tutulmur".

Bu barədə APA-ya Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, peyvənd alındıqca “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya həyata keçiriləcək: “COVID-19-a yoluxanların peyvənd olunması məsələsi də öz həllini tapacaq.

Bütün maraqlı məsələlərə yenidən baxıla bilər. Hələ ki, koronavirusa yoluxanların peyvənd olunması məsələsinə baxılmır. Amma hər bir halda bu məsələlərə yenidən qayıtmaq olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR