Nazir müavini: "COVID-19-a qarşı vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə davam etdiriləcək"

Nazir müavini: "COVID-19-a qarşı vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə davam etdiriləcək"
  • Clock-gray 10:13
  • calendar-gray 20 Yanvar 2021

"Azərbaycanda COVID-19-a qarşı başlayan vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib. 

O bildirib ki, vaksinasiya prosesi ilkin mərhələdə tibb işçilərinə aparılacaq:

“Mən özüm də vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb”.

Firuzə Vahid

Digər xəbərlər