Nazir müavini: "“CoronaVac” vaksini ilə bağlı da danışıqlar aparılır"

Nazir müavini: "“CoronaVac” vaksini ilə bağlı da danışıqlar aparılır"
# 15 dekabr 2020 15:43 (UTC +04:00)

“İkitərəfli danışıqlarda qardaş Türkiyə ilə daha yaxın əməkdaşlıq edirik. Onlarda aparılan işlərlə bağlı gündəlik məlumatlıyıq və artıq işbirliyi yaradılıb”.

APA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, Türkiyə artıq 50 milyon dozaya qədər CoronaVac vaksininin alınması ilə bağlı razılıq əldə edib. Vaksinin əldə edilməsində onun təhlükəsizliyi xüsusi önəm kəsb edir. Vaksinin istifadəsinə yalnız təhlükəsizliyə tam cavab verəndən sonra icazə verilə bilər. Yalnız üçüncü mərhələdən sonra, eyni zamanda ölkənin standartlarına cavab verərsə, bu vaksinlərdən istifadə etmək olar. Azərbaycanda bu məsələ "Dərman vasitələri haqqında" qanunla tənzimlənir. Epidemiya və digər fövqəladə hallarda vaksinlərin idxalına icazə verilə bilər. Bunun üçün Səhiyyə Nazirliyi müxtəlif parametrlərin araşdırılması nəticəsində Nazirlər Kabinetinin qərarı ilə onların idxalına və istifadəsinə icazə verə bilər. Vaksinlər temperatura həssas yanaşır. Müxtəlif vaksinlər müxtəlif temperaturlarda saxlanmalıdır. Bunun üçün soyuq zəncir sistemi mövcud olmalıdır”.

Nazir müavini deyib ki, Azərbaycanda da bununla bağlı kifayət qədər hazırlıq işləri aparılıb və müvafiq işlər görülür: "Ölkəmiz GAVİ tərəfindən təsis edilmiş quruma qoşulub. Əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, bu qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub. Eyni zamanda ikitərəfli danışıqlar da aparılır. “CoronaVac” vaksini ilə bağlı da bu danışıqlar aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR