Nazir müavini: "İşğaldan azad olunan ərazilərdə ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür"

Nazir müavini: "İşğaldan azad olunan ərazilərdə ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür"
# 07 aprel 2021 15:41 (UTC +04:00)

"İşğaldan azad olunan torpaqlarımızda ekologiya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür".

APA-nın məlumatına görə, bunu Zəngilanda jurnalistlərə açıqlamasında ekologiya və təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Nazir müavini deyib ki, Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın konvensiyanın tam hüquqli üzvüdür və Beynəlxalq konvensiyasının mütəxəssisləri də monitorinqlərdə iştirak edəcək: "Onlar erməni vandallığının şahidi olacaqlar. Bizim Qarabağ bölgəsində yeraltı və yerüstü qiymətli yataqlarımız var. Mineral su ehtiyatlarının 40 faizi bu bölgədə formalaşıb".

F. Əliyev qeyd edib ki, mənfur düşmən ölkəmizin faydalı yataqlarını da dağıdıblar: "Bizim qurub, yaratdığımız evlərimizdə 30 il yaşadılar və gedəndə evləri yandırdılar. Bu illər ərzində 100 min hektar ərazidə yanğınlar törədib, flora və faunamıza böyük ziyan vurublar. Bunlarla bağlı araşdırma aparılır. Baş verənlərlə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR