Nazir müavini: “Növbəti illərdə bütün ölkəni əhatə edəcək təqribən 30 DOST mərkəzi yaradılacaq”

Nazir müavini: “Növbəti illərdə bütün ölkəni əhatə edəcək təqribən 30 DOST mərkəzi yaradılacaq”
# 23 dekabr 2020 11:00 (UTC +04:00)

“Bu il sosial sahədə vacib faktorlardan biri bu sahədə aparılan işlərin davam etdirilməsi idi”.

APA-nın məlumatına görə, bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Onun sözlərinə görə, pandemiya və hazırki vəziyyət nəzərə alınaraq Nazirlik elektron xidmətlərin göstərilməsini özü üçün hədəf kimi qoymuşdu: “Çox sevindirici haldır ki, qısa müddətdə bizim təqribən 16 elektron baza fəaliyyət göstərir və 800 mindən artıq aktiv istifadəçimiz var. Bunun nəticəsində il ərzində 25 mindən artıq vətəndaşımız proaktiv şəkildə elektron pensiya təminatı aparıldı. Bu o deməkdir ki, həmin vətəndaşlar ad günündə heç bir quruma müraciət etmədən, heç bir sənəd təqdim etmədən bundan bəhrələnə bilib. Eyni zamandan təqribən 15 növ arayış elektron şəkildə alına bilər. Bu il ərzində 500 min vətəndaş belə arayışla rahat şəkildə, QR kodla çap edib istifadə edə biliblər”.

Nazir müavini qeyd edib ki, Prezidentin dəstəyilə artıq 3 DOST mərkəzi fəaliyyətə başlayıb: “Bu mərkəzlər hazırda 8 rayonu və təxminən 1 milyon 300 min əhalisi olan vətəndaş kontingentini əhatə edir. Düşünürük ki, növbəti illər ərzində bütün ölkəni əhatə edəcək təqribən 30 DOST mərkəzi yaradılacaq. Burada həm sahibkarlar, həm vətəndaşlar çox rahat şəkildə məşğulluq, sosial xidmətlər, əmək münasibətlərinə dair 132 sosial xidmətdən istifadə edə biləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR