Nazir müavini: “Toylarla bağlı qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək”

Nazir müavini: “Toylarla bağlı qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək”
# 08 avqust 2020 11:47 (UTC +04:00)

“Prezidentin tapşırığı ilə sahibkarlıq subyektlərinə yeni maliyyə yardımın edilməsi ilə bağlı qərar verilib”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

O bildirib ki, bununla yanaşı dövlət mütəmadi sahibkarlarla görüşür: “Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib. Toylarla bağlı - burada adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”.

Nazir müqavini qeyd edib ki, bu yaxınlarda Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti ikinci maliyyə paketini təsdiq edib və bu ödənişlərə yaxın zamanlarda başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR