Nazir müavini məktəb direktorları ilə pandemiya dövründə tədris ilinə hazırlığı müzakirə edib

Nazir müavini məktəb direktorları ilə pandemiya dövründə tədris ilinə hazırlığı müzakirə edib
# 19 avqust 2020 14:51 (UTC +04:00)

Avqustun 19-da Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin müxtəlif regionlarından olan 30-a yaxın ümumi təhsil müəssisəsinin direktorlarının iştirakı ilə videokonfrans keçirib.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, görüşdə M. Vəliyeva koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb.

Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilmiş ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən direktorlar 2020-2021-ci tədris ili ilə bağlı öz təkliflərini bildirib, onlarda yaranan sualları səsləndiriblər.

Görüşün nəticələri təlimatların və metodik göstərişlərin hazırlanmasında nəzərə alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR