Nazir müavini: “Əsas məqsəd sosial müavinətə ehtiyacı olan insanların sistemə cəlb edilməsidir”

Nazir müavini: “Əsas məqsəd sosial müavinətə ehtiyacı olan insanların sistemə cəlb edilməsidir”
# 06 avqust 2020 13:56 (UTC +04:00)

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10-a yaxın informasiya sistemi hazırda müxtəlif dövlət qurumlarının apardığı reyestrlərə ünvanlanıb”.

APA-nn məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini bildirib ki, məqsəd vətəndaşlarla bağlı məlumatların dəqiq əldə edilməsidir: “İnformasiya sistemlərimizin tətbiqi ilə bağlı tədbirlərimizi daha da genişləndirəcəyik. Əsas məqsəd sosial müavinətə ehtiyacı olan insanların bu sistemə cəlb edilməsidir. Ehtiyacı olan bütün vətəndaşların müəyyənləşməsi üçün bu sistemləri genişləndiririk”.

Qeyd edək ki, deputat Sabir Rüstəmxalı sosial müdafiəyə ehtiyacı olan şəxslərin dəqiq siyahısının nazirlik tərəfindən müəyyənləşdirilməsini təklif edib: “Hazırda bölgələrdə sosial müdafiəyə ehtiyacı olan onlarla insan var. Lakin onlar bu müavinəti ala bilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR