Nazir: "Su problemi bu gün qlobal şəkildə müzakirə olunan məsələlərdəndir"

Nazir: "Su problemi bu gün qlobal şəkildə müzakirə olunan məsələlərdəndir"
  • Clock-gray 12:26
  • calendar-gray 10 Dekabr 2019

"Su problemi bu gün qlobal şəkildə müzakirə olunan məsələlərdəndir".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin yenidən qurulmuş Laboratoriya Mərkəzinə baxış zamanı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib. Onun sözlərinə görə, bizim regionda suların, xüsusən də transsərhəd suların idarə olunması və istifadə olunması, kəmiyyəti, keyfiyyəti diqqət mərkəzindədir:

"Avropa İttifaqının bu layihədə aktiv iştirakı, layihənin həyata keçirilməsi bu məsələlərin Aİ tərəfindən də diqqətdə olduğunu göstərir. Bir neçə laboratoriyanın qurulması və akkreditasiyası, burada çalışanlara təlimlərin keçirilməsi növbəti mərhələdə geniş mübadilə sisteminin qurulması olacaq. Bu, Azərbaycan üçün önəmli layihədir. Dövlət bu məsələlərdə böyük proqramlar icra edir". 

Nazir qeyd edib ki, son ildə dövlət tərəfindən bir neçə çayda su laboratoriyalarının qurulması təşkil olunub:

"Alınan nəticələrlə müasir, çevik sistem qurulmasına çalışacağıq. Bizim Aİ ilə bir neçə layihəmiz var ki, hamısı uğurla icra olunur.  Maraqlıyıq ki, növbəti mərhələdə də bu layihələri davam etdirək. Layihənin gerçəkləşməsində Aİ-yə və layihəyə dəstək olan təşkilatlara minnətdarıq. İnanıram ki, bu əməkdaşlıq daha da genişlənəcək. Aİ ölkələri ilə birgə layihələrimiz növbəti mərhələdə daha böyük hədəflər gözləyir".

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date