Nazirlik: Pedaqoji Şuranın iclasının onlayn keçirilməsini tövsiyə edirik

Nazirlik: Pedaqoji Şuranın iclasının onlayn keçirilməsini tövsiyə edirik
  • Clock-gray 17:44
  • calendar-gray 02 İyun 2020

“Ənənəvi formada Pedaqoji Şuranın müəyyən vəzifələri var. Müvafiq qərarlar verirlər və məkltəb rəhbərliyi tərəfindən bu qərarlar rəsmiləşdirilir. Mövcud vəziyyət nəzərə alaraq tövsiyə edirik ki, Pedaqoji Şuranın iclası onlayn olsun”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları Keyfiyyətinin təminatı sektorunun aparıcı məsləhətçisi Anar Mirzəzadə bildirib.

Onun sözlərinə görə, onlayn mümkün olmursa, əvvəlki formada ola bilər: “Ancaq müəyyən kateqoriyadan olan şəxslər istisna olmaqla digər əməkdaşlar sanitariya-epidemioloji qaydalara əməl etməklə əvvəlki formada ola bilər. Bu qaydalarla əlaqədar metodiki göstərişlərlə bağlı təlimati məktublar da göndərmişik. Məsələn, 20-29 avqustda yenidən qiymətləndirmənin keçirilməsi təşkil olunduqdan sonra Pedaqoji Şura keçirilməli və şagirdin sinifdən sinfə keçirilməsi barədə qərar verilməlidir”.

 

Günay Elşadqızı

Digər xəbərlər