Nazirlik: Təmizləyici qurğuların idarə edilməsində boşluqlar var

Nazirlik: Təmizləyici qurğuların idarə edilməsində boşluqlar var
# 09 fevral 2021 17:33 (UTC +04:00)

“Bakıda fəaliyyət göstərən təmizləyici qurğular vasitəsilə formalaşan tullantı sularının təqribən 50 faziə qədəri təmizlənmə prosesindən keçir”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, bu qurğuların idarə edilməsində boşluqlar var: “Bəzi hallarda normalara cavab vermir, amma istənilən halda sular təmizlənir”.

O qeyd edib ki, pandemiya dövründə insanlar daha çox sanitariya qaydalarına əməl edirlər: “Əllərin dəfələrlə yuyulması təmiz suyun kifayət qədər çox istifadəsinə gətirib çıxarır. Nəticədə kanalizasiyaya axıdılan tullantı suların həcmi çoxalır. Bu da bilavasitə çirklənməyə gətirib çıxaran amillərdəndir. Bu hallar digər regionlarda da var. Bu sular çayların çirklənməsinə də səbəb olur. Yaxşı olar ki, gələcəkdə bu sulardan təkrar istifadə məsələsi önə çəkilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR