Nazirlik məktəblərdə milli qiymətləndirmənin neçə keçiriləcəyinə aydınlıq gətirib

Nazirlik məktəblərdə milli qiymətləndirmənin neçə keçiriləcəyinə aydınlıq gətirib
# 17 dekabr 2020 15:19 (UTC +04:00)

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq ümumi təhsil pilləsində milli qiymətləndirmələr təşkil olunur.

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb. O bildirib ki, sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir:

"Əlavə olaraq bildiririk ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir, ancaq tədqiqat xarakterlidir.

Qiymətləndirmə prosesində:

- IV sinif şagirdlərinə tədris dili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırıq (qiymətləndirmənin müddəti – 1 saat 20 dəqiqə);

- VI sinif şagirdlərinə tədris dili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırıq (qiymətləndirmənin müddəti – 2 saat);

- IX sinif şagirdlərinə tədris dili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunacaq (qiymətləndirmənin müddəti – 3 saat)".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR