Nazirlik universitetlərdə ənənəvi tədrislə bağlı məsələyə aydınlıq gətirib

Nazirlik universitetlərdə ənənəvi tədrislə bağlı məsələyə aydınlıq gətirib
  • Clock-gray 17:39
  • calendar-gray 29 Mart 2021

Təhsil Nazirliyi universitetlərdə bayram tətilindən sonra ənənəvi tədrisin bərpa olunmaması məsələsinə aydınlıq gətirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) ənənəvi tədris bərpa olunub.

Təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılır. Bəzi ali təhsil müəssisələrində isə praktiki məşğələlər artıq yekunlaşıb.  

Günay Elşadqızı

Digər xəbərlər