Nazirlik: Ağacəkmə aksiyasında mədəniyyət müəssisələri yaxından iştirak edir

Nazirlik: Ağacəkmə aksiyasında mədəniyyət müəssisələri yaxından iştirak edir
# 06 dekabr 2019 17:51 (UTC +04:00)

Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə böyük söz ustadı, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə ərazisində bir gündə 650 min ağacın əkilməsi aksiyası keçirilir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, aksiyada paytaxt Bakının mədəniyyət müəssisələri ilə yanaşı, regional mədəniyyət idarələri də yaxından iştirak edir.

Mədəniyyət işçilərinin, muzey, kitabxana, musiqi məktəbləri, teatr və konsert müəssisələri kollektivlərinin qatıldığı ekoloji aksiya dəyərli təşəbbüs kimi dəyərləndirilir. Hər kəs Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayır.

Mədəniyyət Nazirliyinin regional idarələrinin təşkilatçılığı ilə mədəniyyət ocaqlarının kollektivləri ağac əkini mərasimində rəngarəng mədəni proqram təqdim edərək bu nəcib təşəbbüsü daha da yaddaqalan edirlər.

Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə aparılan genişmiqyaslı yaşıllaşdırma tədbiri olmaqla yanaşı, vətənimizin abadlığına və estetik gözəlliyinə də xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR