Nazirlər Kabineti: Gələn həftə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılacaq

Nazirlər Kabineti: Gələn həftə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılacaq
# 15 yanvar 2021 14:54 (UTC +04:00)

“Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə koronavirusa yoluxmaların sayında artım müşahidə edilirdi”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.

“Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq”, - deyə İ. Məmmədov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR