Nazirlər Kabineti qeyri-formal təhsillə əlaqədar xidmətlərə görə ödəniləcək haqları təsdiqləyəcək

Nazirlər Kabineti qeyri-formal təhsillə əlaqədar xidmətlərə görə ödəniləcək haqları təsdiqləyəcək
# 08 iyul 2020 11:20 (UTC +04:00)

Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği təsdiq ediləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanlarda dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısını və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləğini təsdiq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR