Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib - YENİLƏNİB

Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib - YENİLƏNİB
# 28 fevral 2020 18:06 (UTC +04:00)

"İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil. Amma vətəndaşlar da bizimlə əl-ələ verib işləməlidir".

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında koronavirusla əlaqədar yaradılan Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, 10 gündür İranda koronavirus aşkarlanıb, hələ də ora ilə gediş-gəliş davam edir: "İnsanlar özləri gediş-gəlişi azaltmalıdır. Hətta sərhədi keçən qızdırması olmayan şəxslərə də xüsusi vərəqələr paylanılır, tövsiyə edirik ki, evdən az çıxsınlar, diqqətli olsunlar".

***

17.46

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda koronavirusun aşkarlanması ilə bağlı brifinq keçirir.

APA-nın xəbərinə görə, brifinqdə Qərargahın üzvü, Baş İnfeksionist Cəlal İsayev, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva, TƏBİB-in yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev iştirak edirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR