Nazirlər Kabinetinə AŞ-nın İnsan orqanlarının alverinə qarşı Konvensiyası barədə təkliflər hazırlamaq tapşırılıb

Nazirlər Kabinetinə AŞ-nın İnsan orqanlarının alverinə qarşı Konvensiyası barədə təkliflər hazırlamaq tapşırılıb
  • Clock-gray 18:12
  • calendar-gray 22 İyul 2020

Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasına Azərbaycan Respublikasının qoşulması məsələsi barədə təkliflər hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, Nazirlər Kabineti 2020─2021-ci illər ərzində Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasına Azərbaycan Respublikasının qoşulması məsələsi barədə təkliflər hazırlanmasını təmin etməlidir.

 

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər