Nazirlər Kabinetinə koronavirusla mübarizəyə ayrılan 261 milyon manatın bölgüsünü həyata keçirmək tapşırılıb

Nazirlər Kabinetinə koronavirusla mübarizəyə ayrılan 261 milyon manatın bölgüsünü həyata keçirmək tapşırılıb
# 01 yanvar 2021 09:07 (UTC +04:00)

Bu ilin dövlət büdcəsində yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün 261 milyon manat vəsait ayrılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri həyata keçirmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR