Nazirlər Kabinetində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv edilib

Nazirlər Kabinetində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv edilib
# 02 dekabr 2019 17:51 (UTC +04:00)

Nazirlər Kabinetinin Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi ləğv edilərək onun əsasında Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi yaradılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.

Eyni zamanda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv edilib.

Qeyd edək ki, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu İmanquliyev, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Müsəddiq Məmmədov olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR