"Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planının layihəsi hazırlanacaq

"Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planının layihəsi hazırlanacaq
  • Clock-gray 12:06
  • calendar-gray 18 Yanvar 2021

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət Nazirliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. 

Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Firuzə Vahid

Digər xəbərlər