Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
  • Clock-gray 10:48
  • calendar-gray 09 Aprel 2021

Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə 2021-ci il aprelin 13-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən APA-ya verilən məlumata görə, namizədlərin sənəd qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 60 nəfər qeydiyyatdan keçib.

Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına saat 10:00-dan gec olmayaraq gəlməlidirlər.

İmtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

İmtahan kompüter vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunacaq.

İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

Günay Elşadqızı

Digər xəbərlər