Növbəti ildə elmi xərclərə 183,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub

Növbəti ildə elmi xərclərə 183,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub
  • Clock-gray 12:59
  • calendar-gray 21 Dekabr 2020

2021-ci ildə elm xərclərinə 183,3 milyon manat vəsait nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, elm xərcləri üzrə proqnozlaşdırılan vəsaitin 116,7 milyon manatı Azərbaycan Milli Elmlər Akademiyasının və onun tabeliyində olan 46 elmi tədqiqat müəssisələrinin və təşkilatlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Elm sahəsində “nou-xau”ların tətbiqi, yeni nəsil elmin inkişafı, elm və texnikanın nailiyyətlərinin praktikada istifadə edilməsi, fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini qrant şəklində ünvanlı maliyyələşdirməsini həyata keçirən Azərbaycan Respublikası Prezidentinin yanında Elmin İnkişaf Fondunun maliyyələşdirilməsi üçün növbəti ilin dövlət büdcəsində 4,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1,0 milyon manat və ya 31,9 faiz çoxdur.

2021-ci ilin dövlət büdcəsində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin saxlanılması və Mərkəz tərəfindən Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşr olunması üçün 2,6 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 223,1 min manat və ya 9,3 faiz çoxdur.

2021-ci ilin dövlət büdcəsində elm xərcləri köməkçi bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 4,0 milyon manat təşkil edəcək.

“Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı üçün 5,0 milyon manat nəzərdə tutulub.

Günay Elşadqızı

Digər xəbərlər