“Nəqliyyat Könüllüləri" təltif ediliblər

“Nəqliyyat Könüllüləri" təltif ediliblər
# 12 mart 2021 13:00 (UTC +04:00)

“Nəqliyyat Könüllüləri" proqramını müvəffəqiyyətlə başa vuran 36 nəfər könüllü sertifikat və hədiyyələrlə təltif edilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentlikdə və tabeli qurumlarda praktiki bilik və bacarıqlara yiyələnərək müxtəlif sosial aksiya və layihələrdə iştirak edən könüllülər öz professional fəaliyyətlərində uğurlu addımlarını atıblar. Ötən ilin nəticələrinə əsasən, könüllülərdən 3 nəfər işlə təmin edilib, 2 nəfər Vətən Müharibəsində iştirak edib, 15 nəfər pandemiya dövründə fəaliyyətinə görə sertifikatla təltif olunub. "Könüllülər ili"ndə fəal olan 4 nəfər "ilin könüllüsü" seçilib. Eyni zamanda 30 nəfər könüllü isə hazırda BNA-nın işində fəal iştirak edirlər: "İnanırıq ki, könüllülərimiz paytaxt Bakının daha əlçatan, təhlükəsiz və mobil bir şəhərə çevrilməsi istiqamətində görülən işlərə dəstək olacaq və ətraflarındakı insanları maarifləndirəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR