Nəriman Nərimanovun Xatirə Muzeyində Xocalı faciəsi yad edilib - FOTO

Nəriman Nərimanovun Xatirə Muzeyində Xocalı faciəsi yad edilib - FOTO
# 22 fevral 2020 21:55 (UTC +04:00)

Fevralın 22-də Nəriman Nərimanovun Xatirə Muzeyində Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir N.Nərimanovun Xatirə Muzeyi və Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Tədbirdə Bakı şəhərində yerləşən muzeylərin, Abdulla Şaiq adına Uşaq Kitabxanasının, Şövkət Ələkbərova adına Mədəniyyət Evinin əməkdaşları, tələbə və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə N.Nərimanovun Xatirə Muzeyinin direktoru Kamilə Hüseynova açıb. Sonra Ş.Ələkbərova adına Mədəniyyət Evinin direktoru Cabbar Süleymanov, A.Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə və başqaları çıxış edərək Xocalı soyqırımına dair tarixi faktları və statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra Yusif Cəfərbəylinin Xocalıya həsr olunmuş muğam ifası səsləndirilib. Həmçinin “Xocalı” filmi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR