Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb

Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb
# 07 dekabr 2020 11:03 (UTC +04:00)

Oğuzda COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan rayonun Bucaq kənd sakini Elnur Məmmədrəfiyev ev şəraitində müalicə alsa da, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən o, kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və yaşadığı evə qaytarılıb.

Həmin şəxsin barəsində Oğuz RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR