Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və  kompensasiyalar ödənilib
# 24 oktyabr 2020 11:47 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Bunu APA-ya açıqlamasında Fondun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti "Kapital Bank"dan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə oktyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR