Olimpiadaların təşkili elektronlaşdırılır

Olimpiadaların təşkili elektronlaşdırılır
# 02 aprel 2021 16:36 (UTC +04:00)

Aprelin 2-dən ölkə üzrə təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinə ərizə qəbulu Təhsil Nazirliyinin elektron xidmətlər portalı – www.portal.edu.az vasitəsi ilə həyata keçiriləcək.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqədə iştirak edən IX-XI sinif şagirdləri portalda qeydiyyatdan keçərək müsabiqə üzrə müraciətlərini yerləşdirə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən olimpiada və müsabiqələrin daha səmərəli təşkili məqsədi ilə müvafiq informasiya sistemi qurulub. Belə ki, cari ildən olimpiada və müsabiqələrin təşkili, idarəolunması və ərizələrin qəbulu prosesləri tamamilə elektron formada həyata keçiriləcək. Həmçinin, qalib iştirakçılara elektron nailiyyət sənədlərinin verilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR