Ölkə başçısı: "Bir çox yerlərdə su xətlərinə qanunsuz qoşulmalar var və bu məsələyə heç kim cavabdehlik daşımır"

Ölkə başçısı: "Bir çox yerlərdə su xətlərinə qanunsuz qoşulmalar var və bu məsələyə heç kim cavabdehlik daşımır"
# 23 iyul 2020 23:41 (UTC +04:00)

“Mənə verilən məlumata görə, bir çox yerlərdə su xətlərinə qanunsuz qoşulmalar var və bu məsələyə heç kim cavabdehlik daşımır. Birincisi, bu qoşulmalar qanunsuzdur və buna yol vermək olmaz. İkincisi, mənə gələn məlumata görə, bəzi təsərrüfatlarda lazım olmayan qədər sudan istifadə edilir, ancaq digər təsərrüfatlara su çatmır. Ona görə burada da çox işlək nəzarət mexanizmi olmalıdır, həm viziual, həm elektron nəzarət mexanizmi”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə dair videoformatda keçirilən müşavirə zamanı deyib.

Dövlət başçısı bildirib ki, indi xüsusi cihazlar var ki, onlar, misal üçün, borularda təzyiqin aşağı düşməsi nəticəsində dərhal siqnal verir: “Ona görə burada da ən müasir sistemlər tətbiq edilməlidir ki, bu məsələ elektronlaşdırılsın və vahid informasiya portalında, informasiya sistemində öz əksini tapsın. Onda siz görəcəksiniz, əgər hansısa hissədə təzyiq aşağı düşübsə, deməli, orada qanunsuz qoşulmalar var. Buna qətiyyən yol vermək olmaz.

Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq-mühafizə orqanları bu işlərə cəlb edilməlidir ki, burada bu xaosa son qoyulsun. Ən dəhşətlisi odur ki, heç kim buna məsuliyyət daşımır. Qanunsuz qoşulmalara qarşı heç bir cəza mexanizmi, yaxud da ki, nəzarət mexanizmi yoxdur. Çünki bütün qurumlar hesab edir ki, bu, onun işi deyil. İndi əgər komissiya işləməsəydi, bu komissiyanı mən yaratmasaydım və bunu üzə çıxarmasaydım, belə də davam edəcəkdi. Ona görə mütləq bu məsələ tezliklə öz həllini tapmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR