Ölkədə narkoloji müalicə müəssisələrinin sayı artırılacaq

Ölkədə narkoloji müalicə müəssisələrinin sayı artırılacaq
# 22 fevral 2021 16:35 (UTC +04:00)

Azərbaycanda narkoloji müalicə müəssisələrinin sayı artırılacaq.

APA-nın məlumatına görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planında əksini tapıb.

İş Planına əsasən, narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, narkoloq və tibbi psixoloqların, narkoloji müalicə müəssisələrinin sayı artırılacaq, reabilitasiya mərkəzləri yaradılacaq.

Bildirilib ki, bu işlər il ərzində Səhiyyə Nazirliyi tərəfindən təmin edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR