Ölkəyə idxal edilən tərkibində tütün olan siqaretlərin aksiz vergisi artırılıb

Ölkəyə idxal edilən tərkibində tütün olan siqaretlərin aksiz vergisi artırılıb
# 05 aprel 2021 19:48 (UTC +04:00)

Ölkəyə idxal edilən, tərkibində tütün olan siqaretlərin və tərkibində tütün siqarillaların aksiz vergisi artırılıb.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ölkəyə idxal edilən, tərkibində tütün olan siqaretlərin və tərkibində tütün siqarillaların 1000 ədədi üçün 43 manat aksiz vergisi müəyyən edilib. Əvvəl bu vergi 39 manat təşkil edirdi.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR