Ombudsman Aparatı Əfqan Sadıqovla bağlı məlumat yayıb

Ombudsman Aparatı Əfqan Sadıqovla bağlı məlumat yayıb
  • Clock-gray 19:48
  • calendar-gray 03 Dekabr 2020

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan Əfqan Sadıqovun vəziyyətini və hüquqlarını diqqət mərkəzində saxlayır.

Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib.

Bildirilir ki, ombudsmanın tapşırığı əsasında Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına keçirilən başçəkmələr çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Əfqan Sadıqov iki dəfə konfidensial qaydada qəbul olunub. Qəbulda Əfqan Sadıqov barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib. Əfqan Sadıqova hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Eyni zamanda qeyd olunmalıdır ki, hər gün BİT-in rəhbərliyi və bu müəssisənin Tibb-sanitar hissəsi ilə əlaqədə həmin şəxsin səhhəti nəzarətdə saxlanılır, ailə üzvlərinə bu barədə məlumat verilir.

Əfqan Sadıqovun vəkili Zibeydə Sadıqovanın Ombudsmana ünvanlanmış ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinə müraciət də olunub.

 

Əsmər Qabil

Digər xəbərlər