Ombudsman Aparatı: İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ diqqət mərkəzindədir

Ombudsman Aparatı: İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ diqqət mərkəzindədir
# 10 dekabr 2019 11:59 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.

Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib.

Məlumatda qeyd edilir ki, müraciətdə zorakılıq ehtimalını, məsələnin ictimai və hüquqi məzmununu nəzərə almaqla, nəzarətə götürülərək araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə bağlı məsələlər əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR