Ombudsman: “Suriyadan qaytarılmasını təklif etdiyimiz şəxslər uşaqlardır”

Ombudsman: “Suriyadan qaytarılmasını təklif etdiyimiz şəxslər uşaqlardır”
# 02 aprel 2021 13:09 (UTC +04:00)

“Suriyadan qaytarılmasını təklif etdiyimiz şəxslər uşaqlardır. Heç bir uşaq valideyninin cinayətinin cəzasını çəkməli deyil”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ombudsman Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, o uşaqlara yardım əli uzadılmalıdır: “Xüsusi mexanizm tərtib etməliyik. Burada bizi narahat edən qadın və uşaqların hüquqlarının müdafiəsidir. Ombudsman təsisatı da bu məsələdə iştirak edəcək”.

S. Əliyeva qeyd edib ki, millət vəkilləri ilə işgüzar fəaliyyətlər qurmaq, əməkdaşlıq etmək niyyətindədirlər: “Faktaraşdırıcı missiyanın birbaşa bölgələrdə aparılması çox önəmli idi. Biz fəaliyyətimizi Paris prinsipləri çərçivəsində qurmuşuq. Hazırladığımız hesabatlara beynəlxalq qurumlar tərəfindən yüksək qiymət verilib. Bu fəaliyyətimiz davam etdirilir. Aprel ayının ortasında yeni hesabatımız təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR