Ombudsman dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsini təklif edir

Ombudsman dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsini təklif edir
# 09 mart 2021 11:38 (UTC +04:00)

“Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın təkmilləşdirilməsi, eyni zamanda dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edilir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.

Sənəddə dispanser qeydiyyatı nəzərdə tutulan xəstəliklər üzrə dərman preparatlarının növlərinin artırılması və ya əvəzedicilərinin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın təkmilləşdirilməsi, eyni zamanda dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR